Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Olimpiada yarışlarında idmançılar dörd gündən bir koronavirus testindən keçəcək

Baxış: 318
Yaponiyanın paytaxtı Tokioda keçirilməsi planlaşdırılan 2021-ci ilin Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılar ən azı dörd gündə bir dəfə koronavirus testindən keçməli olacaqlar.
Bu barədə Beynəlxalq Olimpiya Komitəsi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, yoxlamalar Olimpiya və Paralimpiya kəndləri ərazisindəki ixtisaslaşmış laboratoriyada aparılacaq.
İdmançılar test nəticələrinin cavabını smartfon üçün nəzərdə tutulan mobil tətbiq vasitəsilə alacaq.
Qeyd edək ki, növbəti Yay Olimpiya Oyunlarının 23 iyul – 8 avqust tarixlərində keçirilməsi nəzərdə tutulub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.