Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AFFA növbəti dəfə operativ qərargaha müraciət etdi

Baxış: 351
AFFA futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin martda keçiriləcək oyunlarına hazırlaşa bilməsi üçün növbəti dəfə Nazirlər Kabineti yanında operativ qərargaha müraciət edib.
Bu barədə “Report”a açıqlamasında Azərbaycan Futzal Federasiyasının Mətbuat katibi Mahal Məmmədov məlumat verib.
O bildirib ki, ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar idman zalları bağlı olduğundan yığmanın məşqləri üçün yenidən xüsusi icazə alınmalıdır:
“Əvvəlki icazə sırf Slovakiya və Yunanıstanla keçiriləcək oyunlarla bağlı idi. Artıq operativ qərargaha məktub ünvanlanıb. Ümid edirik ki, fevralın ikinci yarısından sonra təlim-məşq toplanışına başlaya biləcəyik”.
Qeyd edək ki, Azərbaycan millisi III qrupdakı ilk iki oyunda evdə Slovakiyanı 4:1, səfərdə isə Yunanıstanı 3:0 hesabı ilə məğlub edib. Yığma növbəti matçlarını martın 4-də və 9-da Moldova seçməsinə qarşı keçirəcək. İlk görüş Bakıda, ikinci qarşılaşma Kişinyovda olacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.