Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Qarabağ” üç qol vurub ilk yarımfinalçı oldu - VİDEO

Baxış: 522
Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib.
1/4 finalın ilk cavab matçında “Qarabağ” Bakıda olduğu kimi, səfərdə də “Qəbələ”yə qalib gəlib – 3:0.
Qəbələ şəhər stadionunda keçirilmiş qarşılaşma “Qarabağ”ın kapitanı Maksim Medvedev 6-cı dəqiqədə başla fərqlənib. Patrik Andrade 45+4-cü dəqiqədə Abdellah Zubirə qarşı edilən kobudluğa görə təyin edilmiş penaltini dəqiq yerinə yetirib. Kabo Verdedən olan mərkəz yarımmüdafiəçisi 48-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
İlk görüşdə rəqibini 3:1 hesabı ilə üstələdiyi üçün “köhlən atlar” yarımfinala vəsiqə qazanıb.
Qurban Qurbanovun oyunla bağlı şərhi belə olub: “Baxmayaraq ki, ilk oyunda 3:1 hesablı qələbə qazanmışdıq, ancaq futbolçularda yenə də qələbə istəyi var idi. Komanda oyun nizamını qorumağa çalışırdı. Futbolçuları təbrik edirəm. Minimum tapşırığı yerinə yetirdilər. “Qəbələ”yə isə uğurlar arzulayıram”.
Qeyd edək ki, günün digər matçında “Səbail” hazırda “Sumqayıt”la üz-üzə gəlir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.