“Barselona”nın hücumçusu Lionel Messi klubun heyətində 650-ci qolunu vurub.Argentinalı İspaniya çempionatının 21-ci turu çərçivəsində “Atletik”lə qarşılaşmada cərimə zərbəsindən fərqlənib.
Xatırladaq ki, Messi klubun heyətində ilk qolunu 2004-cü ilin oktyabrında vurub. Bundan sonra “Barsa”da keçirdiyi 755 qarşılaşmada Messi 650 dəfə fərqlənib, 284 məhsuldar ötürmə edib.




































