Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Adil Əliyev millimizin baş məşqçisini mükafatlandırdı – FOTO

Baxış: 305
Milli Məclisin Gənclər və idman komitəsində bir qrup gənc idmançı və məşqçilərlə görüş keçirilib.
Sahibkartv.Az-ın xəbərinə görə, artıq ənənə halını alan və 2 Fevral- Gənclər Günü münasibətilə keçirilən görüşdə idmançıların həyat və fəaliyyətləri, pandemiya şəraitində keçirilən məşqlər, qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması, bir sıra digər məsələlər müzakirə olunub.
Görüşdə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Azərbaycanda idmana və idmançılara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb.
Tədbirin sonunda Milli Məclisin Gənclər və idman komitəsi tərəfindən 2 fevral - Gənclər Günü münasibətilə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən gənc idmançılar, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi və Azərbaycanda idmanın inkişafında göstərdiyi xidmətlərə görə məşqçi müəllimlər fəxri fərmanla təltif ediliblər.
Mükafatlandırılanlar arasında kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət millimizin baş məşqçisi Hakim Hacıyev, onun tələbələri - Ramal Aslanov və Əkbər Əsədov da olub.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.