Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“İrəli” İB “Məndən Başlanır Vətən!” adlı onlayn tədbir həyata keçirəcək

Baxış: 303
“İrəli” İctimai Birliyi (İB) Gənclər gününə həsr olunmuş “Məndən Başlanır Vətən!” adlı onlayn tədbir həyata keçirəcək.
Tədbir 2 fevral Gənclər gününə həsr olunub və müxtəlif sahələrdə ölkəni uğurla təmsil edən peşəkarlar və sosial aktiv gənclərlə birgə interaktiv formatda baş tutacaq.
Onlayn görüşün ilk hissəsində spikerlər vətənpərvər ruhda yetişən Azərbaycan gəncliyi və dövlət gənclər siyasətinin bu prosesdə rolu ilə bağlı düşüncələrini bölüşərək, “Hərbi vətənpərvərlikdə gənclərin rolu”,  “Vətəndaş cəmiyyətində aktivlik”,  “Təhsil və karyera planlaması”, İnformasiya müharibəsi” mövzularında xüsusi çıxışlar edərək, gəncləri maraqlandıran məsələlərə toxunacaqlar.
Tədbirin ikinci hissəsində Malik Bağırovun moderatorluğu ilə ölkəni yerli və beynəlxalq arenada müxtəlif sahələrdə uğurla təmsil etmiş gənclər Azərbaycan gerçəkliklərinin dünya ictimaiyyətinə çatdırılması, “fake news”la mübarizə, informasiya müharibəsi, habelə müxtəlif sahələrdə ölkənin uğurla təmsili haqqında müzakirələr aparacaqlar. Ölkə hüdudlarından kənarda yaşayan gənclərimiz isə təhsil və karyera quruculuğu, xaricdə təmsilçilik mövzularında öz təcrübələrini iştirakçılarla bölüşəcəklər.
Qeyd edək ki, “İrəli” İB bundan əvvəl də davamlı olaraq 2 fevral gənclər gününə həsr olunmuş tədbir və yürüşlər həyata keçirib.
Tədbirdə iştirak etmək üçün müraciət formu: https://bit.ly/3oupp42
Son qeydiyyat tarixi: 31.01.2021, saat: 18:00

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.