Day, Month 00, Year
00: 00: 00 AM
Qətər millimizlə koronavirusun yayıldığı Londonda oynamaq istəyir

“Qətər oyunlarını Londonda keçirmək istəyir. Bizim də martda onlarla oyunumuz var. Amma Böyük Britaniya koronavirusun geniş yayıldığı ölkələrdəndir. Ona görə də çalışırıq ki, oradakı durumu öyrənək və matçın harada keçirilməsinə tam aydınlıq gətirək”.
Sahibkartv.Az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
“Martda bizi çox çətin proses gözləyir. Səfərdə Portuqaliya, evdə Serbiya ilə qarşılaşacağıq. Portuqaliyada da vəziyyət yaxşı deyil. Hər ölkənin öz qaydaları, prosedurları var. UEFA üçün də çətindir. 55 üzv ölkə var, təkcə yığmalar yox, klub yarışları da var. Ona görə təxirəsalmalar da problemə çevrilib”.
Məmmədov yığma üzvlərinin vaksinasiya edilməsi variantına da aydınlıq gətirib: “Peyvənd məsələsində bir az çətinlik var. Çünki orada 21 gün fasilə var. Əvvəlcə birinci peyvənd, 21 gün sonra ikinci peyvənd vurulur. Həkimlərlə bunu danışırıq. Hərdən deyirlər ki, 21 gün ərzində insan özünü daha çox qorumalıdır. Bundan başqa, ölkəmizdə hələlik tibb nümayəndələri peyvənd olunub, daha sonra yaşlı insanlar olacaq. Futbolçularımızı növbədənkənar peyvənd prosesinə salmaq qeyri-etik olar. UEFA-nın qərarı olsa, bunu etməyə məcbur olarıq. Hər ölkədə peyvənd məsələsi fərqlidir”.


Tarix: 29-01-2021, 14:27 Oxunub: 108


Bölməyə aid digər xəbərlər