Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Millimiz Avropa çempionatı üçün mübarizəyə başlayır

Baxış: 572
Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində debüt edəcək.
Sahibkartv.Az xəbər verir ki, ilk dəfə futzalda ev və səfər formatında keçirilən seçmə mərhələdə millimiz Bakıda son illər bir neçə dəfə qarşılaşdığı Slovakiya yığmasını qəbul edəcək.
Əvvəllər bu komandalar altı dəfə qarşılaşıb. Favorit göstərilən millimiz daha əvvəl bu rəqibini üç dəfə məğlub edib, iki dəfə heç-heçə edib və bir dəfə uduzub. Top fərqi 11:8 millimizin xeyrinədir.
Qarşılaşma saat 18:00-da Bakı İdman Sarayında start götürəcək. Oyun qapalı zalda keçirildiyindən, nəinki azarkeşlərə, KİV nümayəndələrinə də bağlı olacaq.
Qeyd edək ki, rəqibin heyətində Peter Kozar, Qabriel Rik və Patrik Zatoviç koronavirusa yoluxduqları üçün Bakıya gətirilməyib.
Qrupun ilk matçında isə Moldova yığması dünən Yunanıstana qalib gəlib - 3:1.
Avropa çempionatının seçmə mərhələsi
3-cü qrup
18:00 Azərbaycan – Slovakiya
Hakimlər: İrina Velikanova, Yuri Neverov (hər ikisi Rusiya), Hikmət Qafarlı, Knyaz Əmiraslanov (hər ikisi Azərbaycan)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.