Day, Month 00, Year
00: 00: 00 AM
Sabah da qar yağacaq

13:50 / 22-02-2025

Azərbaycanda parlayan futbolçu Qazaxıstan klubundan ayrıldı - FOTO

Gürcüstan millisinin futbolçusu, “İnter” (indiki “Keşlə”) və “Qəbələ”nin sabiq oyunçusu Nika Kvekveskiri Qazaxıstanın “Tobol” klubundan ayrılıb.
Sahibkartv.Az Kostanay klubunun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin müqaviləsi başa çatıb və onunla yollar ayrılıb.



2017-ci ilin yayından oynadığı Qazaxıstanda üç mövsümə 84 matç keçirib. O, beş qol vurub və 12 məhsuldar ötürmə edib. Kvekveskiri “Tobol”la Qazaxıstan Premyer Liqasının gümüş və bürünc medallarını qazanıb.
Qeyd edək ki, Nika Kvekveskiri “Tobol”a məhz Azərbaycandakı parlaq oyunundan sonra keçmişdi.


Tarix: 20-01-2021, 12:33 Oxunub: 135


Bölməyə aid digər xəbərlər