Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tofiq Musayev: "Daha güclü və inamlı geri dönəcəyəm"

Baxış: 242
Tofiq Musayev: "Daha güclü və inamlı geri dönəcəyəm"


Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçirilən turnirində qırğızıstanlı Mıktıbek Orolbai ilə dueldən məğlub ayrılan Azərbaycan təmsilçisi Tofis Musayev sosial şəbəkə hesabında fikirlərini bölüşüb.

35 yaşlı idmançı ona dəstək verən azarkeşlərə təşəkkür edib.

MMA döyüşçüsü növbəti qarşılaşmalarda daha güclü və inamlı olacağını yazıb:

"Bəzən qalxırsan, bəzən isə yıxılırsan. Amma əsas olan ayağa qalxmağı bacarmaqdır. Bu dəfə qələbə qismət olmadı. İnsan çox çalışır və inanır, amma həyat bizə fərqli sınaqlar təqdim edir. Bu yol tək gedilmir. Mənimlə gecə-gündüz təlim meydanlarında nəfəs-nəfəsə çalışan komanda yoldaşlarım, hər səhər motivasiya verən məşqçi heyəti, siz mənim üçün sadəcə yoldaş deyilsiniz, bu mübarizənin bir parçasısınız".

T.Musayevn azarkeşlərə də müraciət edib:

"Sizin səsiniz, arenada yüksələn o çağırışlar, adımı səsləyən minlərlə insan, dəstəyinizi eşitdim, hiss etdim. Bəzən bir döyüşdə məğlub ola bilərik, amma belə sevgini uduzmaq mümkün deyil. Bu, son deyil. Mən geri dönəcəyəm. Daha güclü, daha möhkəm, daha inamlı. Hamınıza təşəkkür edirəm".

Qeyd edək ki, turnirin əsas görüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gəliblər. Yarım ağır çəkidə baş tutan qarşılaşma beş raund davam edib. H.Rountri yekunda qalib elan olunub.

Azərbaycan idmançılarından Nazim Sadıxov braziliyalı Nikolas Mottaya, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondesə qalib gəlib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.