Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Mançester Siti” karantindən çıxdı

Baxış: 356
Ingiltərənin “Mançester Siti” komandası Premyer Liqanın XVII turunun “Çelsi” ilə Londondakı matçına çıxa bilər.
Bu barədə klub məlumat yayıb.
Məlumatda bildirilib ki, son testin nəticələrinə əsasən heç kimdə pozitiv çıxmayıb. Buna görə komanda dünən günortadan məşqləri yenidən bərpa edib. Bununla belə, yanvarın 3-də keçiriləcək oyundan öncə komanda yenidən test verəcək.
Qeyd edək ki, “Mançester Siti” və “Fulhem”də koronavirusa yoluxanlar çıxdığından, dünən başa çatmış ötən tur bu komandalar oyuna çıxmayıb. “Mançester Siti”nin “Everton”la Liverpuldakı, “Fulhem”in isə “Totenhem”lə səfər matçı təxirə salınıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.