“Barselona”nın 33 yaşlı hücumçusu Lionel Messi öz ölümü ilə bağlı sualı cavablandırıb.Futbolçunun müsahibəsi “La Sexta” telekanalında yayımlanıb.
“Maradonanın dəfni kimi vida mərasimi istərdinmi və öz ölümün barədə düşünürsənmi?
“Xeyr, bu barədə düşünmürəm, hətta düşünmək belə istəmirəm. Maradonanın ölümü barədə mənə atam xəbər verdi. Heç kim baş verənlərə inana bilmirdi”, - deyə L.Messi bildirib.


































