Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Messi iki baş məşqçini seçdi Messi iki baş məşqçini seçdi

Baxış: 309
İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi indiyədək birgə çalışdığı baş məşqçilərdən ən yaxşılarını açıqlayıb. "Sahibkartv"nin məlumatına görə, argentinalı hücumçu Xosep Qvardiola ilə Luis Enrikeni fərqləndirib. 
35 yaşlı forvard bildirib ki, Qvardiola xüsusilə seçilir: "Pep sizi hər şeyə fərqli bucaqdan yanaşmağa məcbur edir. Hazırlığı, müdafiə və hücumdakı taktiki göstərişləri o, dəqiqliklə izah edirdi. Qvardiola və Enrike ilə işlədiyim üçün şanslıyam. Bu iki baş məşqçi ən yaxşılarıdır. Onlar mənim futbolçu kimi böyüməyimə xeyli kömək etdilər və taktiki planda çox şey öyrətdilər". 
Qeyd edək ki, Xosep Qvardiola "Barselona"da 2008 - 2012-ci, Luis Enrike isə 2014 - 2017-ci illərdə baş məşqçi olub.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.