Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hakimi vuran futbolçuya 100 saatlıq icbari iş verildi

Baxış: 335
Məhkəmə oyun zamanı baş hakim Nikita Dançenkovu döyən Rusiya millisinin sabiq futbolçusu Roman Şirokov barəsində hökm çıxarıb.
Sahibkartv yerli mətbuata istinadən xəbər verir ki, 39 yaşlı keçmiş yarımmüdafiəçiyə 100 saatlı icbari iş və 100 min rubl cərimə tətbiq edilib.
Şirokov həvəskar komandaların oyununda Dançenkova hücum çəkib və onu vurub. Referi veteran yarımmüdafiəçinin zərbəsindən yerə yıxılıb. Daha sonra Dançenkova tibbi yardım göstərilib.
Qeyd edək ki, karyerası ərzində 56 dəfə Rusiya millisinin formasını geyinmiş Roman Şirokov ölkəsinin MOİK, "Rubin", "Krasnodar" və "Spartak" (Moskva) kimi klublarında çıxış edib.

Bizim Instagram

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.