Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

A Seriyasında azarkeşlərin tribunalara qayıda biləcəyi vaxt açıqlandı

Baxış: 329
Futbol üzrə İtaliya A Seriyasında azarkeşlərin tribunalara nə vaxt qayıda biləcəyi bəlli olub. 
Sahibkartv.az saytının məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravin "Radio Rai"yə açıqlamasında məlumat verib.
O bildirib ki, azarkeşlər futbolun əsas simalarıdır: "Onlar olmadan matçlar tamamlanmayacaq. Fanatların stadionlara qayıtması üçün nə qədər vaxt lazım olduğunu bilmirəm. Ümid edirəm ki, bu, yanvar ayında gerçəkləşəcək. Amma hər şey bizdən asılı deyil".
Qeyd edək ki, İtaliya A Seriyasında "Milan" 31 xalla birinci pillədə qərarlaşıb. "İnter" 30 xalla ikinci, "Yuventus" isə 27 xalla üçüncüdür.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.