Day, Month 00, Year
00: 00: 00 AM
WTA-nın baş direktoru: "2022-ci ildə tribunaları tam olaraq dolu görəcəyik”

Yola salıdığımız il bütün idman növlərinə olduğu kimi kimi tennisə də ağır zərbə vurdu. Mövsüm yarımçıq dayandırıldı, turnirlər ləğv edildi, bərpa olunan yarışlar müəyyən şərtlər daxilində keçirildi. Bəs görəsən, qadın tennisçilər üçün 2020-ci il nə ilə yadda qaldı?
Koronavirus pandemiyası 2020-ci ildə qadın tennisçilərin çıxışına mənfi təsir göstərsə də, WTA bu imtahandan üzüağ çıxdı. Bunu Qadın Tennisçiləri Assosasiyasının baş direktoru Stiv Saymon mətbuata açıqlamasında söyləyib. O gələcəklə bağlı proqnozlarını da verib: “Mövsümün bütün problemlərinin öhdəsindən gəldiyimizə görə qürur hissi keçirməli olduğumuzu söyləyə bilərəm. Yarışlar yarımçıq dayandırılandan sonra biz onu bərpa etməyi bacardıqsa, bu özü böyüjk uğurdur. Mövsümün bərpasından sonra 2 “Böyük Dəbilqə” seriyalı turnir və əlavə olaraq 10 yarış da təşkil edə bildik. Tennis komanda idman növü deyil ki, turnirləri bir yerdə təşkil edib iştirakçıları cəmiyyətfən təcrid edəsən. Tennisçilər hər yerə səfər etməlidir. Biz yarışları təhlükəsiz şəkildə keçirmək iqtidarında olduğumuzu sübut etdik. Çox az sayda raketka ustası koronavirusa yoluxdu. Biz birgə işbirliyimiz sayəsində daha da güclü olduq”.
Saymon tribunalarda azarkeşlərlə bağlı məhdudiyyətlərin nə vaxt götürüləcəyi ilə əlaqədar məsələyə də aydınlıq gətirməyə çalışıb: “Hər nə qədər idmançıların sağlamlığı haqda fikirləşsək də, azarkeşlərsiz maliyyə durumunu qaydaya salmaq haqda planlar cızmalıyıq. Müəyyən vaxta qədər məhdudiyyətlər tətbiq olunacaq. Mənə elə gəlir ki, tam olaraq, 2022-ci ildə tribunaları tam olaraq dolu görəcəyik” . Xatırladaq ki, mövsüm bərpa edildikdən sonra yarışlar boş tribunalar arasında keçirilsə də, “Rolan Qarros” turnirindən etibarən arenalara məhdud sayda azarkeşlər buraxıldı.


Tarix: 7-12-2020, 07:33 Oxunub: 122


Bölməyə aid digər xəbərlər