Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

FIFA 2030 və 2034-cü illərdə dünya çempionatının keçiriləcəyi ölkələri rəsmən təsdiqlədi

Baxış: 211
FIFA 2030 və 2034-cü illərdə dünya çempionatının keçiriləcəyi ölkələri rəsmən təsdiqlədi


FIFA 2030 və 2034-cü illərdə dünya çempionatının keçiriləcəyi ölkələri rəsmən təsdiqləyib.

Bu barədə qərar FIFA-nın onlayn formatda Növbədənkənar Konqresində qəbul edilib.

Əvvəlcədən məlum olduğu kimi 2030-ci ildəki mundialın İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda keçirilməsi rəsmiləşib.

2034-cü il dünya çempionatının isə Səudiyyə Ərəbistanında baş tutacağı dəqiqləşib. Asiya ölkəsində yay aylarındakı istini nəzərə alaraq, turnirin qışda təşkil olunması qərarı qəbul edilib.

Xatırladaq ki, 2030-cu ildə mundiallar tarixinin 100 illlik yubileyi qeyd olunacaq. Bu səbəbdən ilk dəfə olaraq mundiala 6 ölkə ev sahibliyi edəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.