Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tanınmış idmançımız Olimpiadanı gözləməyib, karyerasını bitirdi - EKSKLÜZİV

Baxış: 357
Sərbəst güləş millimizin kapitanı Cəbrayıl Həsənov karyerasını başa vurub.
Əldə etdiyimiz özəl məlumata görə, zədələrlə mübarizə aparan 30 yaşlı güləşçi gələn il keçiriləcək Tokio Yay Olimpiya Oyunlarını gözləmədən karyerasını bitirmək qərarına gəlib.
Qeyd edək ki, Cəbrayıl Həsənov 2016-cı il Rio Olimpiya Yay Oyunlarının bürünc mükafatçısıdır. Üçqat Avropa çempionu olan Cəbrayılın aktivində dördqat dünya mükafatı (iki gümüş və iki bürünc medal) da var. Həmçinin, Həsənov I Avropa Oyunlarının, 2012-ci ildə Bakıda keçirilmiş Dünya Kubokunun və Yay Universiadasının mükafatçısıdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.