Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qurbanovdan məğlubiyyət şərhi: psixoloji yorğunluq var

Baxış: 205
Qurbanovdan məğlubiyyət şərhi: psixoloji yorğunluq var


"Malmö" ilə oyunda xeyli sayda qol epizodlarımız oldu.

Bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Malmö"yə qarşı keçirdikləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis matçın nəticəsi ilə bağlı bunları söyləyib:

"Əfsus ki, məğlub olduq. Doğma azarkeşlər önündə məğlub olmaq istəməzdik. İkinci hissədə erkən qol buraxdıq. Bu bir qədər təsir etdi. Rəqibi təbrik edirəm".

Baş məşqçi heç vaxt həvəsdən düşmədiklərini söyləyib:

"Deməzdim komanda həvəsdən düşüb. Elə bir vaxtdır ki, bəlkə də psixoloji yorğunluq var. Heç vaxt həvəsdən düşməmişik. Müəyyən reallıqları qəbul etməliyik. Daha yaxşı oynaya bilərik. Belə oyunlarda həddindən artıq motivasiya olmalıdır. Düşünürəm ki, "Malmö" ilə oyundan sonra futbolçular da bunu bir daha anladılar. İnanıram ki, bu oyunun bizə faydası olacaq".

O, heyətdəki qapıçıların oyununa da toxunub:

"Qapıçılarla bağlı düşünəcək bir şey yoxdur. Onların hansı çempionatdan gəldiklərini nəzərə alsaq hər ikisinin bacarığı, böyük potensialları olduğunu deyə bilərəm. Şahruddin Məhəmmədəliyevin kollektivlə məşq üçün bir qədər vaxta ehtiyacı var. Düşünürəm ki qarşıdakı günlərdə daha da yaxşı olacaq. İndi ediləcək nəsə yoxdur".

Qeyd edək ki, "Qarabağ" - "Malmö" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.