"Fənərbaxça" və "Hall Siti" yoldaşlıq görüşündə üz-üzə gəlib. "Ülkər" stadionunda keçirilən matçda "Fənərbaxça" 5:1 hesabı ilə qalib gəlib.
Fənərbaxça ilk yarıda 38-ci dəqiqədə Edin Dzekonun, daha sonra 44-cü dəqiqədə Fredin qolları ilə 2-0 önə keçib və yarıyı iki açıq fərqlə tamamlayıb.
İkinci hissəyə sürətlə başlayan Joze Mourinyonun yetirmələri 46-cı dəqiqədə Consun avtoqolu, 53-cü dəqiqədə Şimanskinin, 67-ci dəqiqədə Mert Hakanın qolları ilə hesabı 5-0-a çatdırıb.
Qonaq komanda “Hall Siti” matçın 74-cü dəqiqəsində “Hall”la qol vuraraq hesabı 4-ə endirib və matçın hesabını müəyyənləşdirib.
"Fənərbağça" yoldaşlıq görüşlərini bu nəticə ilə başa vurub. Sarı-göylülər Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 23-də Çərşənbə axşamı günü səfərdə "Luqano" ilə qarşılaşacaq.




































