Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

SOCAR “Qalatasaray”ın enerji sponsoru və avrokubok oyunlarında forma sponsoru olub

Baxış: 305


SOCAR “Qalatasaray”ın sponsoru oldu 


Türkiyənin ən böyük birbaşa xarici investoru olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2023-2024-cü il mövsümündə “Qalatasaray”ın enerji sponsoru və avrokubok oyunlarında kişilərdən ibarət futbol komandasının forma sponsoru olub. 
Bu barədə Sahibkartv.az-a SOCAR-dan bildirilib. 

“SOCAR Türkiyə”, “Qalatasaray” İdman Klubu və “Qalatasaray Sportif A.Ş.” arasında imzalanan müqaviləyə əsasən, “Qalatasaray” futbol komandası 2023 – 2024-cü il mövsümündə UEFA çərçivəsində təşkil olunacaq bütün rəsmi yarışlarda (Çempionlar Liqası, Avropa Liqası ve Konfrans Liqası daxil olmaqla) SOCAR loqosu ilə çıxış edəcək. SOCAR, həmçinin mediada “Qalatasaray Futbol Komandasının Enerji Sponsoru” ifadəsindən istifadə etmək hüququna da sahib olub. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.