Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Britaniya Xarici Kəşfiyyat İdarəsinin yeni rəhbərinin Türkiyə və “Beşiktaş” sevgisi - FOTO

Baxış: 392
Britaniyanın Xarici Kəşfiyyat İdarəsinə Riçard Murun rəhbər təyin olunması maraqla qarşılanıb.
Məsələ ilə bağlı “Haber Global” maraqlı xəbər hazırlayıb.
Qeyd edilib ki, Mur 2014-2017-ci illərdə Britaniyanın Ankaradakı səfiri olub.
Türkiyəni çox sevdiyini daim ifadə edən keçmiş səfir bu ölkənin böyük futbol klublarından “Beşiktaş”a olan heyranlığı ilə də bilinir. Hətta səfir kimi vəzifəsi sona çatarkən çəkdiyi vida videosunda klubun azarkeşlərinin tez-tez səsləndirdiyi kimi “QARA!” qışqırması tərəfdarların rəğbəti ilə qarşılanmışdı.

O həmçinin “Beşiktaş”ın Konqres Üzvü də olub. Maraqlıdır ki, Mur bu kluba olan sevgisini belə izah edib:
“Türkiyəyə ilk gəldiyim zaman bir klub seçmək istədim. O zaman da “Beşiktaş”ın baş məşqçisi Qordon Miln idi. Mən də ona görə bu klubu seçdim. O vaxtdan bəri “qara qartallar”ı izləyirəm”.
Riçard Mur eyni zamanda FETÖ terror təşkilatının Türkiyədə çevriliş cəhdi zamanı bu təşəbbüsə sərt reaksiya vermiş və ölkəsinin ozamankı baş naziri Tereza Meyin “Türkiyəyə tam dəstək olub” deyərək ona tapşırıq verdiyini bildirmişdi.
Koronavirus pandemiyası zamanı Türkiyənin Böyük Britaniyaya yolladığı yardımla bağlı “Bravo mənim Türkiyəm. Səxavətiniz əfsanəvidir. Çiyin-çiyinə, çox təşəkkür edirik” deyə qarşılıq vermişdi.

Bizimlə əlaqə saxlayın


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.