Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Avropa çempionatı: Zöhrə Ağamirova finala yüksəlib

Baxış: 364


Avropa çempionatı: Zöhrə Ağamirova finala yüksəlib
Azərbaycanın iki bədii gimnastı Bakıda keçirilən Avropa çempionatında fərdi proqramda çıxış edib.
"Sahibkartv.az"ın məlumatına görə, Zöhrə Ağamirova və İlona Zeynalova təsnifat mərhələsində halqa və topla bacarıqlarını nümayiş etdiriblər.
Ağamirova halqa ilə hərəkətlərdə 32.150, topla hərəkətlərdə isə 32.550 xal toplayaraq hər ikisində finala yüksəlib. O, təsnifatda müvafiq olaraq, 6 və 5-ci yerləri tutub.
Zeynalova halqa ilə hərəkətlərdə hakimlərdən 23.900 xal alaraq 59-cu olub. Gimnast topla hərəkətlərdə isə 27.300 xal toplayıb və yekunda 35-ci yeri tutub.
Qeyd edək ki, yarışın ilk günündə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət kollektiv iki medal qazanıb.
Qitə çempionatı mayın 21-də başa çatacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.