500 milyon nəfərlik auditoriyanın izlədiyi dünyaca məşhur "Formula 1" yarışının Azərbaycanda keçirilməsi turizm potensialımızın dünyada təbliğ edilməsində müstəsna rol oynayır.
Bu barədə Sahibkartv.az-a açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.
Ekspert bu Qran Prinin ölkəmizi dünyada tanıtmaq üçün ideal platforma olduğunu vurğulayıb:
“2018-ci ildə Bakıdakı bu möhtəşəm yarışı izləməyə gələn turistlər 78 ölkəni təmsil edirdisə, 2023-cü ildə bu rəqəm 100-ü ötüb. Bu o deməkdir ki, dünya ölkələrinin yarısından çoxu azarkeş kimi yarışlarda təmsil olunacaq və Azərbaycan mədəniyyəti, qonaqpərvərliyi, gülərüzlü insanları ilə tanış olmaq imkanı əldə edəcək. Artıq Azərbaycan dünya siyasi arenasında qalib ölkə kimi tanınır və bu il də keçən il olduğu kimi qalib paytaxtda fərqli bir statusda "Formula 1" Azərbaycan Qran Prisini keçirəcəyik. Tək bu yarış deyil, digər beynəlxalq yarışların da Azərbaycanda keçirilməsi, müxtəlif yarışlarda Azərbaycan bayrağının yüksəklərə qaldırılması da Azərbaycanın dünyada tanıdılması baxımından önəm kəsb edir”.
R.Quliyev yarışları izləməyə gələn xarici turistlərin sayının hər il artdığını bildirib:
“Bakıda keçirilən üçüncü "Formula 1" yarışını izləməyə gələn əcnəbilərin sayında 2017-ci illə müqayisədə 31 % artım olub. Bu tendensiya hər il artmaqda davam edir. Statistika göstərir ki, turistlərin iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən peşəkar xidmətlər, hotel və mehmanxana, hava yolları, iaşə obyektləri, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlara verdikləri faydalar həddən artıqdır. Bu tədbir ölkəmizin dünyaya sürətli inteqrasiyasını təmin etməklə yanaşı, sosial-iqtisadi yüksəlişimizə də təkan verir. Bu kimi yarışların keçirilməsi ilə ölkəyə valyuta axını olur, Azərbaycanı hər kəs daha yaxından tanıyır. Bu yarışı televiziya və ya sosial şəbəkələr vasitəsilə izləyən hansısa xarici vətəndaş gələcəkdə Azərbaycana səfər edə bilər”.
Ekspert deyib ki, yarış bitdikdən dərhal sonra ölkəyə kütləvi turist axınının olacağını gözləmək doğru deyil:
“Bəziləri hesab edir ki, bu yarış bir anda ölkəyə böyük gəlir gətirməlidir. Belə deyil. Bu, Azərbaycan rəhbərliyi tərəfindən düşünülmüş uğurlu xarici siyasi kursun bir qoludur. Belə yarışların ölkəmizdə keçirilməsi Azərbaycanda ictimai asayişin yüksək səviyyədə qorunmasından xəbər verir. Çünki sözügedən yarış çox ölkədə keçirilə bilərdi. Onun Azərbaycanda keçirilməsi ölkənin reputasiyasının artırılmasına xidmət edir. Bununla bütün dünyaya da məlum olur ki, Azərbaycanda ictimai asayiş yüksək səviyyədə qorunur”.
"Formula 1" yarışları ərəfəsində Azərbaycana əsəsən yüksək kateqoriyadan olan turistlər gəlir. Bunu həm bron edilən hotel nömrələrindən, həm də tur proqramlardan bilmək olur. Bu dönəmdə ölkəyə gələn turistlər digər dövrlərdə gələnlərdən çox fərqlənir. Bu da yarışın ən yüksək səviyyədə keçirilməsi və daha üst səviyyəli bir yarış olmasından xəbər verir”, - deyə R.Quliyev əlavə edib.
Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran Prisi aprelin 28-30-u tarixlərində keçiriləcək.
Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin geniş tərkibdə görüşü olub
13:35 / 18-01-2025
Hökumənin atasına dələduzluq: "Kapital Bank"dan açıqlama
12:30 / 18-01-2025
H.Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlanılıb
12:21 / 18-01-2025
Azərbaycan Prezidenti Hakan Fidanı qəbul edib
12:17 / 18-01-2025
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb - RƏSMİ
11:26 / 18-01-2025
Qəzzada atəşkəsə 5 ölkə nəzarət edəcək
11:14 / 18-01-2025
Hakan Fidan Bakıya gəlib
11:10 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Kremldə namaz qıldı - FOTO
10:13 / 18-01-2025
Növbəti köç karvanı Cəbrayıla yola düşüb
10:07 / 18-01-2025
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Bərpa Olunan Enerji Sahibkarlığın Gələcəyini Formalaşdırır
19:41 / 17-01-2025
Mərkəzi Afrikada Əsir Götürülmüş Fillər "Sərbəstlik Ordusu" Yaratdı
19:30 / 17-01-2025
Virtual Tədbirlər Sahibkarlıq Mədəniyyətini Dəyişdirir
19:19 / 17-01-2025
Mikro Sahibkarlıq Ekosistemləri
19:00 / 17-01-2025
Psixoloji Xidmətlər Sahibkarlığın Yeni Trendi Olur
18:52 / 17-01-2025
Əbədi Tətil: Sahibkarlar Üçün Yeni "Yavaş Turizm" Modeli
18:23 / 17-01-2025
Texnologiya ilə Qida İstehsalı: Şaquli Ferma Sahibkarlığı
18:00 / 17-01-2025
Sahibkarlığın Sərhədləri Uzaq Yerlərə Genişlənir
17:39 / 17-01-2025
Tullantısız Gələcək Yolunda Addım
17:16 / 17-01-2025
Biohacking Sahibkarlıqda Yeni Bir Sektoru Formalaşdırır
17:00 / 17-01-2025
Metaverse Sahibkarlıq
16:38 / 17-01-2025
“Formula 1" yarışları Azərbaycanın turizm potensialını dünyaya tanıdır" - RƏY
Bölməyə aid digər xəbərlər
Tarix: 24-04-2023, 14:40 Oxunub: 171
Bölməyə aid digər xəbərlər
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
12-12-2022, 14:30
Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələri XİN başçılarının iclasında iştirak edib - YENİLƏNİB-3
18-10-2022, 17:23
Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 50 məsələ daxil edilib - SİYAHI
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
22-08-2022, 20:39
İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər - YENİLƏNİB-2
10-08-2022, 09:16
İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarının açılışında iştirak ediblər
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
10-05-2022, 14:32
Əcnəbilər Azərbaycanın hava limanlarında viza ala biləcəklər - SƏRƏNCAM
7-05-2022, 15:30
“Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildliyi işıq üzü görüb
8-04-2022, 22:10
İlham Əliyev Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib - YENİLƏNİB
11-02-2022, 23:17
“Formula 1”də yeni mövsümün tam təqvimi açıqlanıb
18-01-2022, 13:58
İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO
6-11-2021, 12:08
"Biz istəyirik ki, Azərbaycan xaricdən bal idxalını dayandırsın"
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
17-12-2020, 14:19
"Azərbaycan Qran-prisinin vaxtı təsdiqlənib" - “Formula-1”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi