Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yassin Benzya: "Qarabağ" kimi böyük kluba qoşulmaqdan çox xoşbəxtəm"

Baxış: 370


"Qarabağ"ın yeni transferi Yassin Benzya Ağdam klubuna transferi ilə bağlı təəssüratlarını bölüşüb.
"Sahibkartv.az"ın məlumatına görə, Əlcəzair əsilli fransalı hücumameylli yarımmüdafiəçi bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib.
"Qarabağ" kimi böyük komandaya qoşulmaqdan çox xoşbəxtəm. Oynamağa başlamaq üçün səbirsizlənirəm", - 29 yaşlı vinger yazıb.
Qeyd edək ki, Fransanın "Dijon" klubundan transfer edilən Yassin Benzya ilə 2025-cı il iyunun 30-dək müqavilə imzalanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.