Day, Month 00, Year
00: 00: 00 AM
Dünya çempionatı: İlham Zəkiyev gümüş medala sahib olub



Kişilər arasında +90 kq J1 çəki dərəcəsində mübarizə aparan idmançımız İlham Zəkiyev Dünya Çempionatının gümüş medalına sahib olub.
"Sahibkartv.az" xəbər verir ki, İlham Zəkiyev finalda braziliyalı rəqibi A.Villiyam ilə qarşılaşıb.
Bununla millimizin Dünya Çempionatında qazandığı medalların sayı 4-ə çatıb (1 gümüş, 3 bürünc).
18:06Azərbaycanın qadın paracüdoçusu Xanım Hüseynova Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə yaponiyalı Karusa Oqavaya qalib gəlib.
Bu çəkidə medal görüşləri başa çatdıqdan sonra mükafatlandırmə mərasimi olub. Mükafatları Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Vətən Müharibəsi şəhidi, cüdo ilə məşğul olmuş Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə təqdim edib.
Qeyd edək ki, bununla da Azərbaycan millisinin dünya çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Daha əvvəl kişilərdən 73 kq-da Namik Abbaslı, qadınlardan isə 48 kq-da Şəhanə Hacıyeva 3-cü yeri tutub.
15:35Azərbaycan paracüdoçusu İlham Zəkiyev Bakıda keçirilən dünya çempionatında finala yüksəlib.
"Sahibkartv.az"ın məlumatına görə, 90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 42 yaşlı idmançı ardıcıl olaraq, Onur Taştan (Türkiyə), Qanbat Daştseren (Monqolustan) və Romald Rabotyeyə (Fransa) qalib gəlib.
Dünya və 8 qat Avropa, 2 qat paralimpiya çempionu həlledici görüşdə Vilyans Araujo (Braziliya) ilə qüvvəsini sınayacaq.
Qadın paracüdoçulardan isə 70 kq-da Xanım Hüseynova və Xatirə İsmiyeva bürünc medal görüşlərinə çıxacaq.
Qeyd edək ki, hələlik Azərbaycan təmsilçilərindən 73 kq-da Namik Abbaslı və 48 kq-da Şəhanə Hacıyeva bürünc medal qazanıb.
İlham Zəkiyev

Tarix: 9-11-2022, 17:21 Oxunub: 142


Bölməyə aid digər xəbərlər