Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

UEFA "Qarabağ"dan reportaj hazırlayıb

Baxış: 320



UEFA Avropa Liqasında çıxış edən "Qarabağ"la bağlı reportaj hazırlayıb.
"Sahibkartv.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, təqribən 8 dəqiqəlik video-çarxda "köhlən atlar"ın ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində çıxışından, həmçinin 2017/2018-ci ildə Çempionlar Liqasının qrupunda oynayan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşməsindən söz açılıb.
UEFA-nın həftəlik jurnalında baş məşqçi Qurban Qurbanov, futbolçular - Maksim Medvedev və Riçard Almeydanın müsahibələri də yer alıb.
Qeyd edək ki, G qrupunda çıxış edən "Qarabağ" növbəti oyununu V turda Fransada "Nant"a qarşı keçirəcək. Hazırda 7 xalı olan Ağdam təmsilçisinə pley-offa çıxmaq üçün 1 xal da kifayət edəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.