Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan şahmatçısı texniki qələbə ilə vahid lider olub

Baxış: 320



İtaliyanın Sardiniya adasındakı gənclər arası dünya çempionatında iştirak edən Azərbaycan şahmatçısı Gövhər Beydullayevaya texniki qələbə verilib.
"Sahibkartv.az"ın məlumatına görə, buna 19 yaşlı qrossmeysterin VI turda qarşılaşdığı hindistanlı Nutakki Priyankanın cibində qulaqcıq aşkarlanması səbəb olub.
Hadisə görüşdən sonra keçirilən ənənəvi yoxlanış zamanı baş verib. Priyanka oyun vaxtı qulaqcıqdan istifadə etməsə də, qaydalara uyğun olaraq, texniki məğlubiyyət alıb və mundialdan kənarlaşdırılıb.
Qeyd edək ki, məhz bu qələbədən sonra Gövhər Beydullayeva 5,5 xalla vahid lider olub. O, ən yaxın izləyicisini 0.5 xal qabaqlayır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.