"Avrokuboklardakı debütümə görə şadam. Qalib gələ bilərdik. Səfər oyunu olsa da, 3 xal qazanmağı çox istəyirdik. Alınmadı, evə 1 xalla qayıdırıq".
"Sahibkartv.az"ın məlumatına görə, bunu Yunanıstanın "Olimpiakos" komandasının qapıçısı Aleksandros Pasxalakis Bakıda "Qarabağ"la qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.
Start heyətində meydana çıxan 33 yaşlı qolkiper daha çox stress gözlədiyini bildirib: "Amma hər şey yaxşı keçdi. Komandama kömək etməyi bacardım. İlk gündən məni isti qəbul edən yoldaşlarıma təşəkkür edirəm".
O, komandaya vaxt lazım olduğunu söyləyib: "Baş məşqçinin öz fəlsəfəsi, işə böyük həvəsi var. Onun dediklərini yerinə yetirməyə çalışırıq. Gəlin, səbrli olaq. Komandaya zaman vermək lazımdır".