Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan güləşçiləri İslamiadada bir günə 6 medal qazanıb

Baxış: 385
Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Abubakr Abakarov final görüşünə çıxıb.
"Sahibkartv.az"ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 86 kq çəki dərəcəsində rəqib iranlı Alirza Kərimi olub. Görüş Kəriminin qələbəsi ilə yekunlaşıb. Abakarov 0:9 hesabı ilə geridə olduğu vaxt zədələnərək, mübarizəni davam etdirə bilməyib. O, gümüş medalla kifayətlənməli olub. 
Beləliklə, Azərbaycan güləşçiləri günü 6 medalla başa vurub. Daha əvvəl qadın güləşçi Mariya Stadnik (50 kq) və sərbəst güləşçilər Hacı Əliyev (65 kq) ilə Turan Bayramov (74 kq) qızıl, digər qadın güləşçi Alyona Kolesnik (59 kq) gümüş, daha bir sərbəst güləşçi Əliabbas Rzazadə (57 kq) bürünc medala sahib olub. 
Bununla da gün ərzində mübarizə aparan Azərbaycanın 7 güləşçisindən 6-sı fəxri kürsüyə yüksəlməyi bacarıb. Onlardan yalnız Osman İlyasov (97 kq) medalsız qalıb.
20:33Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Turan Bayramov final görüşünə çıxıb.
"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 74 kq çəki dərəcəsində rəqib iranlı Məhəmmədsadıq Firuzpur olub. Görüş Bayramovun qələbəsi ilə yekunlaşıb -2:1.
Bununla da Azərbaycan İslamiadada güləş növündə beşinci medalını qazanıb. Daha əvvəl qadın güləşçi Mariya Stadnik (50 kq) və sərbəst güləşçi Hacı Əliyev (65 kq) qızıl, digər qadın güləşçi Alyona Kolesnik (59 kq) gümüş, daha bir sərbəst güləşçi Əliabbas Rzazadə (57 kq) bürünc medala sahib olub.
19:03Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Əliabbas Rzazadə 3-cü yer uğrunda görüşə çıxıb.
"Sahibkartv.az"ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, rəqib tacikistanlı Hikmotullo Vohidov olub. Qarşılaşmadan 8:7 hesablı üstünlüklə ayrılan Rzazadə bürünc medala yiyələnib.
Qeyd edək ki, bu, İslamiadada Azərbaycanın sərbəst güləş növündə ilk, ümumilikdə isə 6-cı medalı olub.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.