Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezidentin köməkçisi "Neftçi"ni təbrik edib

Baxış: 304
Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "Neftçi" futbol komandasını UEFA Konfrans Liqasında növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik edib.
“Sahibkartv.az” xəbər verir ki, Prezidentin köməkçisi təbrikini tviter hesabında edib. “Təbriklər” – Şahmar Mövsümov yazaraq, “Neftçi”nin tviter hesabından paylaşım edib.
Qeyd edək ki, "Neftçi" UEFA Konfrans Liqasında növbəti mərhələyə yüksəlib. Komanda II təsnifat mərhələsinin cavab oyununda Bakıda Kiprin "Aris" klubu ilə qarşılaşıb. Səfərdə 0:2 hesabı ilə uduzan "ağ-qaralar" rəqibinə 3 cavabsız qalib gəlib.
Beləliklə, "Neftçi" Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.