Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şəhriyar Məmmədyarov 17 yaşlı şahmatçıya məğlubiyyətin səbəbini açıqlayıb

Baxış: 361



Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının birinci mərhələsində Hindistan təmsilçisi 17 yaşlı Rameşbabu Praqnanandhaya məğlubiyyətin səbəbini açıqlayıb.
"Sahibkartv.az"ın məlumatına görə, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın ikinci turunda qələbəni əldən verdiyini bildirib.
O etiraf edib ki, ilk partiyada uduş vəziyyətində olsa da, fürsəti dəyərləndirə bilməyib: "Fikrimcə, duelin taleyini ilk görüşdəki məğlubiyyət həll etdi. Praqnanandha birinci partiyada pis oynadı. Mən isə öz şansımı qaçırtdım. Amma rəqib növbəti görüşlərdə maraqlı gedişlər etdi və layiqli qələbə qazandı. Praqnanandha çox hiyləgər oyunçudur. Düşünürəm ki, yaxşı görüş alındı".
Qeyd edək ki, Şəhriyar Məmmədyarov üçüncü turda kanadalı Erik Hansenlə üz-üzə gələcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.