Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Elgünün anası ilk dəfə açıqladı: Mesajlar, səs yazıları... - DETALLAR

Baxış: 201
Elgünün anası ilk dəfə açıqladı: Mesajlar, səs yazıları... - DETALLAR


Mayın 12-si axşam saatlarında Gəncədə, küçədə ağır vəziyyətdə tapılan 18 yaşlı Elgün İbrahimov ertəsi gün xəstəxanada dünyasını dəyişib. Daha sonra isə Elgünün ölümü ilə bağlı müxtəlif fərziyyələr irəli sürülüb. Ölkə.Az xəbər verir ki, RTV çəkiliş komandası Elgünün ailəsinin evinə yollanıb.

"Dünya susmasın, mənim balamın qanı yerdə qalmasın" süjet ananın bu sözləri ilə başlayır.

Daha sonra Elgünün vatsap üzərindən göndərilən səs yazısı təqdim olunur: "Kartını mənə göndər... "Garden"i danışdım "Son zəng"ə görə. Uşaqlar beh atır. Sinifdəkilər. Onları administratorun kartına göndərəcəyəm".

"Hadisə baş verən günü Elgünlə danışmışam. Deyib, ana, informatikadayam. Orada olanda da yazışmışıq. Çıxanda da danışmışıq, deyib ki, ana, çıxdım. Gedirəm rəqsə. Dedim, evə get, yemək ye. Dedi ki, ay ana, ac deyiləm. Piyada düşürəm, ona qədər vaxt olacaq. Mən də gözlədim, saat 6, 7-yə qalmış zəng vurdum ki, görüm çıxırmı? Trenajora getməliydi. Zəng çatmadı. Sonra narahat oldum, informatika müəlliməsinə zəng vurdum. Dərsdən çıxdığı uşaqlardan birini nömrəsi-filan... Daha sonra axtarmışıq, küçəyə düşmüşük, oğlumla bütün bu ərazini gəzmişik, bəlkə, haradasa uşaqlarla otura", - deyə anası bildirib.

Onun sözlərinə görə, Elgünün son günlər davranışlarında heç bir qəribəlik olmayıb.

"Heç bir dəyişiklik yox idi, hər şey normal idi. Söhbət edirdik, "Son zəng"ə hazırlaşırdıq. Hətta demişdi, ana, mənə iki dəst paltar alarsan - bir kostyum, bir də çıxış üçün köynək. Yəni heç bir qeyri-adi bir şey yox idi. Yəni aqressiv olsun, ay fikirli, ay problemi - heç nə... Mən anayam, onun səsində hər hansı bir həyəcanı hiss edə bilərdim. O da yox idi. Yəni adicə bir adamın dişi, başı ağrıyanda hiss edirsən ki, onun nəsə problemi, dərdi var".  


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.