Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakı sakini 9 ədəd qaşıq uddu - Fotolar+Yenilənib

Baxış: 229
Bakı sakini 9 ədəd qaşıq uddu - Fotolar+Yenilənib


Bakıda bir nəfər 9 ədəd qaşıq udub.

“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, saat 01:00 radələrində 3 saylı şəhər klinik xəstəxanasına təcili tibbi yardım üçün müraciət olunub.

İlkin məlumata görə, bir nəfərin bir neçə metal qaşıq udduğu bildirilib. Lakin xəstə bir neçə tibb müəssisəsi tərəfindən qəbul edilməyib.

Nəhayət, Bakı Sağlamlıq Mərkəzinə çatdırılan pasiyentə dərhal tibbi müdaxilə olunub.

Məlumata görə, xəstə 9 ədəd metal qaşığı udub. Həkimlər tərəfindən həyata keçirilən əməliyyat uğurla başa çatıb.

***

Bakı Sağlamlıq Mərkəzindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, endoskopik müdaxilə 4 saat davam edib və nəticə etibarilə 55 yaşlı kişinin vəziyyəti stabilləşdirilib. 

Hazırda pasiyent Reanimasiya şöbəsində müalicəsini davam etdirir, vəziyyəti stabildir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.