Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hökumənin ailəsinin pullarının oğurlanması ilə bağlı bankdan daha bir açıqlama

Baxış: 187
Hökumənin ailəsinin pullarının oğurlanması ilə bağlı bankdan daha bir açıqlama


Bankımız vəsaitin köçürüldüyü hesabı dərhal bloklayıb və oğurlanmış məbləğin ələ keçirilməsinə imkan verilməyib. Görülən tədbirlər nəticəsində məbləğin bərpası mümkün olub və vəsait geri qaytarılıb.
Sahibkartv.az xəbər verir ki, bu barədə Milli Qəhrəman Hökümə Əliyevanın ailəsinin pulunun oğurlanması ilə bağlı açıqlama verən "Kapital Bank"ın növbəti məlumatında bildirilib.
Xatırladaq ki, H.Əliyevanın vəfatı ilə bağlı onun ailəsinə ödənilmiş 80 min manatın kartdan oğurlanması ilə bağlı cinayət işi başlanıb.
DİN Mətbuat xidmətindən Ölkə.az-a bildirilib ki, fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.
Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.
Qeyd edək ki, Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə dərhal cinayət işi başlanılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.