Qurban Yetirmişlidən XƏBƏRDARLIQ: “Dağıdıcı zəlzələ ola bilər”
Tarix: 29-11-2024, 12:27
/
Baxış: 710
Son vaxtlar Azərbaycanın müxtəlif ərazilərində zəlzələ baş verir. Azərbaycanın seysmoaktiv zona olduğu məlumdur. Bununla belə son günlərdə ardıcıl yeraltı təkanların qeydə alınması xeyli narahatlıq doğurur.
Bəs, bu aktivlik nəylə bağlıdır?
Suala AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli cavab verib.
O, Bizim.Media-ya açıqlamasında bildirib ki, zəlzələrin sayı artmayıb:
“Sadəcə bəzi ərazilərdə aktivlik müşahidə olunur. Ümumilkdə isə gün ərzində ölkə ərazisində 30-40 yeraltı təkanlar olur. Amma bu təkanların əksəriyyəti hiss edilmir. Lakin hiss olunan təkanlar da az olmur. Məsələn, son vaxtlar Mingəçevirdə, Şamaxıda və Laçında olan yeraltı təkanlar hiss olunmuşdu. Amma Xəzər dənizində son bir ayda 6 təkan olub. Lakin bu təkanlar əsasən hiss olunmayıb.
Təkanların çox olması yaxşıdır ki, enerji boşalması gedir. Azərbaycan kimi seysmoaktiv bölkə üçün sükutun olması yaxşı deyil. Çünki təkan az olanda enerji toplanır və nə vaxtsa bu enerjinin parçalanması baş verəndə daha güclü zəlzələyə səbəb olur. Ona görə də təşvişə əsas yoxdur”.
Baş direktor qeyd edib ki, yaxın günlərdə elə bir güclü, katostrafik zəlzələnin olma ehtimalı yoxdur:
“Amma xırda təkanlar olub, olur, olacaq. Dağıdıcı zəlzələ ola bilər, olmalıdır da. Əgər 30-40 təkan varsa onun içərisində hiss ediləni də olmalıdır. Yenə deyirəm, bununla belə dağıdıcı təkanların olması gözlənilmir”.
Digər xəbərlər
Xəbər lenti
13:54
15-06-2026
15-06-2026
13:31
15-06-2026
15-06-2026
13:29
15-06-2026
15-06-2026
12:02
15-06-2026
15-06-2026
11:46
15-06-2026
15-06-2026
11:28
15-06-2026
15-06-2026
11:23
15-06-2026
15-06-2026
11:12
15-06-2026
15-06-2026
10:46
15-06-2026
15-06-2026
10:42
15-06-2026
15-06-2026
10:24
15-06-2026
15-06-2026
09:54
15-06-2026
15-06-2026
09:49
15-06-2026
15-06-2026
09:40
15-06-2026
15-06-2026
09:31
15-06-2026
15-06-2026
09:24
15-06-2026
15-06-2026
09:16
15-06-2026
15-06-2026
09:00
15-06-2026
15-06-2026
17:11
13-06-2026
13-06-2026
16:30
13-06-2026
13-06-2026
15:59
13-06-2026
13-06-2026
15:00
13-06-2026
13-06-2026
14:56
13-06-2026
13-06-2026
13:15
13-06-2026
13-06-2026
12:39
13-06-2026
13-06-2026
12:11
13-06-2026
13-06-2026
12:05
13-06-2026
13-06-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Suvarma və əkinçilik birlikdə yeni nəsil sahibkarlıq yaradır
12-06-2026 22:11
/
243
Kənd sahibkarlarının diqqəti su təhlükəsizliyinə yönəlir
12-06-2026 21:48
/
189
Əkinçilikdə su ilə bağlı yeni iqtisadi düşüncə yaranır
12-06-2026 21:18
/
225
Torpaqdan süfrəyə gedən yolda su əsas rol oynayır
12-06-2026 20:43
/
243
Sahibkarlıqda su amili əvvəlkindən daha vacib olur
12-06-2026 20:33
/
207
Əkinçilikdə məhsulu qorumağın yeni yolu
12-06-2026 20:16
/
261










































