Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Salyanda avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb

Baxış: 197
Salyanda avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb


Salyanda baş verən yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb.
“Report” məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində, Hacıoğlu istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Hyundai” markalı avtomobil anidən idarəetməni itirərək yolun kənarına aşıb.
Qəza nəticəsində avtomobildə olan bir ailənin üzvləri, Masallı rayon sakinləri, 1987-ci il təvəllüdlü Bağırova Könül Ərəstun qızı, 1989-cu il təvəllüdlü Bağırov Elşən Ərəstun oğlu, 1993-cü il təvəllüdlü Bağırova Pərvin Vüqar qızı və 2023-cü il təvəllüdlü Bağırova Ruqayyə Elşən qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.