Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Goranboyda “2 İyul - Azərbaycan Polisi Günü” münasibəti ilə tədbir keçirildi

Baxış: 126


Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon Polis şöbəsinin rəisi Məmməd Hüseynov, rayonun digər rəhbər şəxsləri və bir qrup polis əməkdaşları “02 iyul-Azərbaycan Polisi Günü” ilə bağlı, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. 
Sahibkartv.az xəbər verir ki, Rayon Polis şöbəsində davam etdirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun daxili işlər orqanlarının şəxsi heyətinə və veteranlarına ünvanladığı təbrik məktub oxundu.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident cənab İlham Əliyevin ölkənin daxili işlər orqanlarında uğurla həyata keçirdiyi islahatlar və Dövlət Başçısının bu sahəyə göstərdiyi diqqət və qayğı barədə danışaraq rayon Polis şöbəsinin rəhbərliyini və bütün şəxsi heyyətini peşə bayramları günü münasibətilə təbrik etdi 
Çıxış edən digər natiqlər Azərbaycan polisinin ictimai asayişin qorunması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsində mühüm xidmətlərindən bəhs edərək polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etdilər .
Xidmətdə fərqlənən bir qrup polis əməkdaşına rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanları təqdim edildi.
Sonda xatirə şəkli çəkdirildi.



























Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.