Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Pilotların nəşləri bu saatda Azərbaycana çatdırılacaq

Baxış: 244

"Təyyarə qəzasında həlak olan pilotların nəşləri bu gün saat 4-də Azərbaycana çatdırılacaq".
Sahibkartv.az xəbər verir ki, bu barədə pilotların yaxınları bildirib.
Qeyd edək ki, AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq.
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya düşüb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Son məlumata görə, qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.