Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ankara İsrailə qarşı hərəkətə keçdi: 80 minlik ordu

Baxış: 198
Ankara İsrailə qarşı hərəkətə keçdi: 80 minlik ordu


Ankaranın Yaxın Şərqdə artan təhlükəyə qarşı Türkiyə Misir, Kipr, İordaniya, İraq və Suriyanı əhatə edən çoxölçülü müdafiə və təhlükəsizlik konsepsiyasını yaratmaq istiqamətində hərəkətə keçib.

Haber7 xəbər verir ki, Ankara Türkiyənin Milli Təhlükəsizlik sənədinə uyğun olaraq İsraildən gələn təhdidlərin  qarşısını almaq məqsədilə yeni konsepsiya ortaya qoymağı planlaşdırır.

Məlumata görə, Ankara artan təhlükələrə qarşı siyasi-diplomatik fəaliyyətlərini davam etdirirək "İsrailin mümkün hava-quru təxribatı və ya Latakiya-Həma-Hələb xəttinə hücumlarına qarşı" İdlib strateji müdafiə qalxanı qurmaqdadır. Bu məqsədlə də Ankara bölgədə təhlükəsiz dəhlizini formalaşdırmağa çalışır.

"Türkiyə regional təhlükəsizlik müdafiə bufer bölgəsini yaratmaq üçün İran, İordaniya, Suriya və İraqla birlikdə ən azı 70-80 min nəfərlik quru qoşunu formalaşdırmaq istəyir. Bölgədə iki böyük hərbi bazası olan Rusiya da prosesin maraqlı tərəfləri arasındadır", - deyə bildirilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.