
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri ötən həftə ərzində 469 yanğına çıxış edib.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında 29 köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə də qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 15-i azyaşlı olmaqla 44 nəfər xilas edilib. Hadisələr zamanı 5 nəfər tüstüdən zəhərlənib, 2 nəfər xəsarət alıb, 44 nəfər təxliyə olunub.
Müxtəlif hadisələrlə əlaqədar, o cümlədən bağlı qapı və avtoqəzalar zamanı 4 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.













































