Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rövşən Tağıyev: Skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması yolverilməzdir

Baxış: 63
Rövşən Tağıyev: Skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması yolverilməzdir


Skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması və sükanı tutmadan hərəkət etməsi yolverilməzdir.

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev deyib.

Qeyd edilib ki, skuterlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsi istifadəçilər və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır:

"Unutmaq olmaz ki, skuter nəqliyyat vasitəsidir və onu idarə edən şəxs yol hərəkətinin iştirakçısı kimi müəyyən edilmiş qaydalara əməl etməli, ətrafdakı şəxslərin təhlükəsizliyini nəzərə almalıdır. Avqustun 22-də paytaxtın Yasamal rayonunda skuter idarə edən şəxsin yıxılaraq ağır xəsarət alması və sonradan həyatını itirməsi bu nəqliyyat vasitəsindən istifadə zamanı yol verilən kiçik bir ehtiyatsızlığın belə ağır, bəzən isə geri dönüşü olmayan nəticələrə səbəb ola biləcəyini bir daha göstərir".

Bildirilib ki, skuterlərin ümumi istifadədə olan avtomobil yollarında yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə riayət edilməklə yalnız yolun sağ kənar zolağı ilə hərəkətinə icazə verilir, skuterlərin avtomagistrallarda hərəkəti qadağandır.

"Bir skuterdə iki nəfərin hərəkət etməsi tarazlığın saxlanılmasını və nəqliyyat vasitəsinin idarə edilməsini çətinləşdirir, yıxılma və toqquşma ehtimalını artırır. Səkilərdə piyadaların arasından sürətlə keçmək isə xüsusilə uşaqlar, yaşlılar və hərəkət imkanları məhdud şəxslər üçün ciddi təhlükə törədir. İşıqforun siqnallarına və yol nişanlarının tələblərinə əməl edilməməsi, nəqliyyat axınının əksinə hərəkət edilməsi ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Hərəkət zamanı mobil telefondan istifadə diqqətin yayınmasına və yaranan təhlükəyə vaxtında reaksiya verilməməsinə gətirib çıxarır", - deyə o bildirib.

Şöbə rəisi əlavə edib ki, valideynlər azyaşlıların elektrik skuterlərindən istifadəsinə xüsusi məsuliyyətlə yanaşmalıdırlar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.