Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ət bahalaşdı

Baxış: 72
Ət bahalaşdı


Sümüksüz mal əti və quzu ətinin qiyməti artıb.

Xəzər TV xəbər verir ki, paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərən ət satışı mağazalarında iribuynuzlu və xırdabuynuzlu heyvan ətlərinin qiymətində artım müşahidə olunur.

Qəssabların sözlərinə görə, qiymət artımı təxminən son bir ay ərzində baş verib. Artım əsasən sümüksüz dana və çəkisi az olan quzuların ətlərində qeydə alınıb.

Alıcılara çəkisi az olan quzuların ətləri kiloqramı 25-26 manatdan təklif olunur. Qəssabların sözlərinə görə, qiymətin yüksək olmasına baxmayaraq, ən çox tələbat məhz bu quzularadır:

Satıcılar qiymət artımını bir neçə səbəblə əlaqələndirirlər. Onların sözlərinə görə, əsas səbəblərdən biri heyvan yeminin bahalaşmasıdır:

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, qiymət artımının əsas səbəblərindən biri saxlanılan heyvanların sayının azalmasıdır:

O da qeyd edildi ki, ucuz ət idxalının azalması, eləcə də Rusiya-Ukrayna müharibəsi ətin qiymətinin artmasına təsir göstərən amillərdəndir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.