Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO

Baxış: 72
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO


Bəzi minik avtomobillərini "B" kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edənlər cərimələnə bilər.

"xezerxeber.az” xəbər verir ki, söhbət çəkisi 3.5 tondan yuxarı olan minik avtomobillərindən gedir.

Bəzi iri qabaritli nəqliyyat vasitələri minik avtomobili kimi tanınsa da, onların çəkisi fərqli kateqoriya tələbi yarada bilər. Burada əsas məsələ avtomobilin görünüşü, bazarda hansı adla təqdim olunması və ya minik avtomobili kimi qəbul edilməsi deyil.

Sürücülük kateqoriyası müəyyən edilərkən əsasən iki göstəriciyə baxılır: sərnişin yerlərinin sayı və icazə verilən maksimum kütlə.

Nəqliyyat eksperti Ərşad Hüseynov deyir ki, nə beynəlxalq yanaşmada, nə də yerli qanunvericilikdə bu məsələ "minik" və ya "yük" avtomobili anlayışı ilə müəyyən olunmur.

Eyni yanaşma "B" kateqoriyası üçün də keçərlidir. "B" kateqoriyası icazə verilən maksimum kütləsi 3,5 tonu aşmayan, sərnişin yerlərinin sayı isə sürücü yerindən əlavə 8-dən çox olmayan avtomobilləri idarə etmək hüququ verir. Bu hədd keçildikdə isə "B" kateqoriyası yetərli olmaya bilər.

Bu səbəbdən sürücülər iri həcmli avtomobil alarkən yalnız mühərrik həcminə, komplektasiyaya və ya görünüşə yox, texniki pasportdakı kütlə göstəricisinə də diqqət etməlidirlər.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.