
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin balansında olan 28 ədəd xidməti minik avtomobilinin özəlləşdirilməsi məqsədilə hərrac elan edib.
Nəqliyyat vasitələrinin özəlləşdirilməsi üzrə hərrac 1 sentyabr 2026-cı il tarixində, saat 10:00-da keçiriləcək. Siyahıda müxtəlif buraxılış illərinə aid “BMW”, “Toyota”, “Hyundai”, “Honda”, “Changan”, “Kia” və “Nissan” markalı avtomobillər yer alıb. Satışa çıxarılan nəqliyyat vasitələrinin start qiymətləri 3 min manat ilə 12 min manat arasında dəyişir. Hərracın şərtlərinə əsasən, iştirak etmək istəyən şəxslər avtomobilin start qiymətinin 10%-i həcmində beh ödənişi etməlidirlər. Hərracda iştirak qaydaları və əlavə təfərrüatlarla bağlı layihə üzrə məsul əlaqələndirici şəxs Röyal Lətifli ilə - 050 207 00 26 nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin tam siyahısı belədir:
BMW 520 (2017) – 2 ədəd, hər birinin start qiyməti 12 000 manat, beh məbləği 1 200 manat.
BMW 528 (2016) – 1 ədəd, start qiyməti 10 000 manat, beh məbləği 1 000 manat.
BMW 740Li (2012) – 1 ədəd, start qiyməti 9 000 manat, beh məbləği 900 manat.
Toyota Camry (2013) – 2 ədəd, hər birinin start qiyməti 9 000 manat, beh məbləği 900 manat.
BMW 528i (2014) – 1 ədəd, start qiyməti 8 000 manat, beh məbləği 800 manat.
BMW 320i (2014) – 1 ədəd, start qiyməti 8 000 manat, beh məbləği 800 manat.
Toyota Camry (2011) – 1 ədəd, start qiyməti 6 000 manat, beh məbləği 600 manat.
Kia Optima (2011) – 1 ədəd, start qiyməti 6 000 manat, beh məbləği 600 manat.
Changan Reaton (2019) – 3 ədəd, hər birinin start qiyməti 5 000 manat, beh məbləği 500 manat.
Changan Reaton (2019) – 1 ədəd, start qiyməti 4 000 manat, beh məbləği 400 manat.
Hyundai Sonata (2012) – 4 ədəd, hər birinin start qiyməti 4 000 manat, beh məbləği 400 manat.
Hyundai Sonata (2010) – 4 ədəd, hər birinin start qiyməti 3 000 manat, beh məbləği 300 manat.
Honda Accord (2010) – 1 ədəd, start qiyməti 3 000 manat, beh məbləği 300 manat.
Honda Accord (2009) – 1 ədəd, start qiyməti 3 000 manat, beh məbləği 300 manat.
Honda Accord (2008) – 2 ədəd, hər birinin start qiyməti 3 000 manat, beh məbləği 300 manat.
Nissan Teana (2006) – 1 ədəd, start qiyməti 3 000 manat, beh məbləği 300 manat.
Nissan Sunny (2005) – 1 ədəd, start qiyməti 3 000 manat, beh məbləği 300 manat.
Beləliklə, hərraca ümumilikdə 28 avtomobil çıxarılıb. Onların ümumi start qiyməti 149 min manat, ümumi beh məbləği isə 14 min 900 manat təşkil edir.







































