Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Erməni ailələri qərar verdi: Ağ bayraqla Həkəri çayına gəlirlər

Baxış: 99
Erməni ailələri qərar verdi: Ağ bayraqla Həkəri çayına gəlirlər


Ermənistanda itkin düşmüş hərbçilərin yaxınları Azərbaycana birbaşa təmas qurmaq təşəbbüsü ilə çıxış edərək, Həkəri çayına ağ bayraqla gəlməyə hazır olduqlarını açıqlayıblar.

Bu barədə erməni KİV-i məlumat yayıb.

Ermənistanda itkin düşmüş hərbçilərin yaxınları bu gün yenidən hökumət binasının qarşısına toplaşıblar və hakimiyyətə yaxınlarının taleyi ilə bağlı konkret məlumat təqdim etməsi üçün bir həftə vaxt verdiklərini bildiriblər.

İtkin düşmüş hərbçinin əmisi Arsen Qukasyan bildirib ki, 1990-cı illərdən etibarən azərbaycanlıların dəfn yerləri barədə məlumata malik şəxslər onların təşəbbüs qrupu ilə əlaqə saxlayaraq vahid məlumat bazasının yaradılmasına kömək edə bilərlər.

Onun sözlərinə görə, onlar danışıqlar aparmaq üçün ağ bayraqla Həkəri çayına gəlməyə və eyni statusa malik azərbaycanlılarla əlaqə yaratmağa hazırdırlar.

"Biz itkin düşmüş yaxınlarımız barədə məlumat əldə etmək üçün bir-birimizə kömək etmək istəyirik. Artıq nə hökumətə, nə Avropaya, nə ABŞ-yə, nə də Rusiyaya ümid edirik. Bütün ümidimiz özümüzədir. Mümkün olan bütün vasitələrdən istifadə etməliyik", - deyə Qukasyan bildirib.musavat.com

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.