Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Dörd ay keçib, küçələr hələ də su altındadır”

Baxış: 126
“Dörd ay keçib, küçələr hələ də su altındadır”


Maştağanın Rövşən Salmanov küçəsinin sakinləri martın sonunda yağan intensiv yağışlardan sonra yaranan gölməçələrin suyunun hələ də çəkilməməsindən şikayətçidir. 

“ ATV-yə müraciət edən sakinlər aidiyyatı qurumlardan məsələ ilə bağlı kömək istəyirlər.
Uzun müddətdir burada yaşayanların sözlərinə görə, heç vaxt builki qədər yağış görməyiblər: “Yağışlı günlərdən 4 ay keçsə də, küçələr hələ də gölməçə içində qalıb. Havalar isindikcə qoxudan və qurbağaların əlindən ərazidə hərəkət etmək olmur”. 

Məsələ ilə bağlı Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən bildirilib ki, sakinlərə imkan daxilində maddi yardım göstərilib, su nasosu da alınıb verilib. 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd edilib ki, ərazidə mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil: “Ərazinin relyefi qurunt suları ilə zəngindir. Yağışlar qurunt sularının miqdarını artırdığından ərazidə mövcud hal hökm sürür. Suyun çəkilməsi hazırda mümkün deyil. Çünki çəkilib tökülməsi üçün yaxınlıqda şəbəkə yoxdur. Tullantı su təchizatı mövcud olmayan ərazilərdə Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Yaşayış məntəqələrində şəbəkələrin inşası tədbirlər planına uyğun olaraq mərhələli aparılır”. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.