Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - Nazir

Baxış: 45
Subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - Nazir


Subsidiyaya köklü dəyişiklik onun məğzindən ibarətdir. İndiyə kimi subsidiyalar əsasən əkin istiqamətli olub və əsas gözlənti əkinin həyata keçirilməsi, aqrotexniki tədbirlərin görülməsi və məhsul istehsalına nail olunması idi. Lakin aqrar sahə üzrə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramına, cənab Prezidentin imzaladığı fərmanlarla edilən dəyişikliklərə və yeni qanunvericilik təşəbbüslərinə əsasən subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi, yəni məhsul istehsalı yönümlü subsidiyaların genişləndirilməsi nəzərdə tutulur.
"Sahibkartv.az" xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov AZƏRTAC, AzTV və ARB TV-yə məxsusi müsahibəsində söyləyib.
Nazir əvvəllər sadəcə şəkər çuğunduru, pambıq və tütün üzrə məhsul subsidiyası verildiyini xatırladaraq deyib: “Əslində, bu məhsul subsidiyalarının illər üzrə məhsuldarlığa necə təsir etdiyini görmüşük. Əgər 2017-2018-ci illərdə ölkə üzrə məhsuldarlıq pambıqda orta hesabla 11 sentner idisə, keçən il 36 sentner oldu. Yəni üç dəfədən çox artım müşahidə etdik. Eləcə də tütündə və şəkər çuğundurunda da eyni misalı göstərə bilərik. Keçən ildən qarğıdalı və günəbaxan tumlarının istehsalında məhsul subsidiyası tətbiq etməyə başlamışıq. Bu ildən meyvəçilikdə alma və nar istehsalı üzrə məhsul subsidiyası verilməsi nəzərdə tutulur. Dövlət Proqramı çərçivəsində məhsul subsidiyasını bitkiçilik sahəsi üzrə ildən-ilə artırmaq niyyətindəyik. Ərzaqlıq buğda subsidiyası var və yeni proqram çərçivəsində bunu da genişləndirməyi düşünürük. Əgər əvvəl subsidiya sadəcə müasir suvarma sistemi qurmuş fermerə tətbiq olunurdusa, yeni Dövlət Proqramı çərçivəsində, həmçinin emal sənayesinə də subsidiya verilməsi nəzərdə tutulur. Bundan əlavə, heyvandarlıq istiqamətində - həm ətlik, həm damazlıq istiqamətində, eyni zamanda süd məhsulu üzrə də subsidiyanın verilməsi planlaşdırılır”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.