Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir

Baxış: 99
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir


Hesablama Palatasını yeni səlahiyyətlər verilir.

Bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, Hesablama Palatası Naxçıvanın büdcəsinin layihəsinə və icrasına, həmçinin müvafiq qanunların layihələrinə və illik hesabatlara dair rəy vermək səlahiyyətinə malik olacaq.
Bundan başqa, sözügedən qurum sığorta bazarının peşəkar iştirakçıları peşəkar fəaliyyətləri nəticəsində əldə etdikləri sığorta sirri hesab edilən məlumatları əldə edə biləcək.
Layihədə qeyd olunur ki, qurum dövlət auditi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılacaq informasiya sisteminə sahiblik edəcək və öz fəaliyyətini həyata keçirərkən həmin sistemdən istifadə edəcək.
Bundan başqa, təklif olunur ki, Hesablama Palatasının üzvləri dövlət auditoru hesab edilsinlər.
Məlumat üçün qeyd edək ki, Hesablama Palatasının üzvləri Hesablama Palatasının sədri, sədr müavini və 5 auditordan ibarətdir.

Sənəddə Hesablama Palatasının sədrinin səlahiyyətlərinin də genişləndirilməsi təkif olunur.
Dəyişikliklər qəbul olunacağı təqdirdə sədr Naxçıvan Muxtar Respublikası üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəylərini, hesabatlarını, məlumatlarını və təkliflərini təqdim edə biləcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.