Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bazar ərazisində iri tikinti: Gediş-gəliş çətinləşib - VİDEO

Baxış: 81
Bazar ərazisində iri tikinti: Gediş-gəliş çətinləşib - VİDEO


Suraxanı bazarının ərazisində iri həcmli tikinti işləri aparılır.

"Xəzər" TV-yə müraciət edən Suraxanı rayonunun Əmircən qəsəbəsinin sakinləri iddia edirlər ki, bazara bitişik ərazidə əvvəllər anbar yerləşib.

Həmin ərazi təmizləndikdən sonra burada yeni tikili inşa edilməyə başlanıb. Sakinlərin sözlərinə görə, tikinti işləri gediş-gəlişə çətinlik yaradır və piyada səkilərinin bir hissəsi zəbt olunur.

Ərazidə fəaliyyət göstərən satıcılar da tikilinin bazar ərazisinə aid olduğunu təsdiqləyiblər.

Onların sözlərinə görə, tikintiyə bir neçə il əvvəl başlanılıb, lakin 2024-cü ildə işlər dayandırılıb.

"Suraxanıbazar" ASC-nin nümayəndəsi isə bildirib ki, sözügedən tikintinin aparılması 2024-cü ildə müvafiq icazə sənədləri olmadığı üçün dayandırılmışdı. Hazırda isə sənədlər aidiyyəti qurumlarla razılaşdırılıb və tikinti işlərinin davam etdirilməsi üçün zəruri prosedurlar yerinə yetirilib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.